Bizim akrobatika gimnastikası üzrə Dünya Yaş qrupları yarışları ərəfəsində əhvalımız yaxşıdır – Azərbaycanlı gimnastlar

Xəbər - Cani Babayeva – Trend:

Bizim akrobatika gimnastikası üzrə Dünya Yaş qrupları yarışları
ərəfəsində əhvalımız yaxşıdır.

Bunu Trend
akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı
çempionatının iştirakçıları Milana Əliyeva və Nizam Həmidulin
deyib.

“Biz birincilikdə öz proqramımızı yaxşı göstərə bildik, kiçik
qüsurlar oldu, amma onları düzəltməyə çalışacağıq. Ümumilikdə
çıxışımızdan razıyıq. Biz martın əvvəlində Bakıda keçiriləcək Dünya
Yaş qrupları yarışlarında iştirak edəcəyik. Hazırlıqlar yüksək
səviyyədə davam edir və ümid edirəm ki, məşqlərdə göstərdiyimiz
uğurlu nəticəni əldə edə biləcəyik”, – deyə M.Əliyeva bildirib.

“Mən 2021-ci ildən Milana ilə cütlükdə iştirak edirəm. Ötən il
İtaliyada Dünya Yaş qrupları yarışlarında ikinci yeri tutmuşduq. Bu
gün birincilikdə proqramı yaxşı təqdim edir. Planlaşdırdığımız
kombinasiyaları yerinə yetirdik”, – N.Həmidulin deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: