Rusiyanı təcrid etmək mümkün deyil – Putin

Rusiya təcrid olunmaq niyyətində deyil və onu təcrid etmək
mümkün deyil.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Amur
vilayətində “Vostoçnı” kosmodromunun tikintisi ilə tanışlıq zamanı
deyib.

O bildirib ki, Rusiyanın Ukraynadakı anti-Rusiya qüvvələrlə
toqquşması qaçılmaz idi.

“Bu gün bizim zabitlərimiz Ukraynada, Donbassda xüsusi hərbi
əməliyyatlarda iştirak edir. Əminəm ki, Donbassın müdafiəsi üzrə
əməliyyatın məqsədlərinə nail olacağıq”, – deyə V.Putin
bildirib.