Rusiyalı məşhur iş adamı vətəndaşlıqdan imtina etdi

Rusiyalı məşhur iş adamı vətəndaşlıqdan imtina etdi

“Texnosila”nın keçmiş sahibi, iş adamı Mixail Kokoriç Rusiya vətəndaşlığından imtina edib.

AzerTimes xəbər verir ki, o, bu barədə “Linkedin” səhifəsində yazıb.

“Bu həftə mən rəsmi olaraq Rusiya Federasiyasının vətəndaşlığından imtina etdim, ölkə ilə rəsmi əlaqəmi dayandırdım”, – deyə Kokoriç bildirib.

O əlavə edib ki, vətəndaşlıqdan imtina Ukrayna ərazisindəki hərbi əməliyyatlar və indiki hökumətin siyasəti ilə razılaşmaması ilə bağlıdır.

Qeyd edək ki, “Texnosila” elektronika mağazalar şəbəkəsinin keçmiş sahibi 2011-ci ildə özəl rus kosmik şirkəti “Dauria Aerospace”i təsis edib.

Teqlər: