Maldiv Hindistandan tələb etdi: Qoşunları çıxart!

Maldiv Hindistandan tələb etdi: Qoşunları çıxart!

Maldiv Respublikası Hindistandan ordusunu martın 15-dək adalardan çıxarmasını istəyib.

AzerTimes xəbər verir ki, bu barədə Maldiv Prezidentinin Administrasiyasının ictimai-siyasət məsələləri üzrə köməkçisi Abdulla Nazim İbrahim deyib.

“Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, Prezident Mohamed Muizzunun və indiki administrasiyanın siyasətidir”, – deyə A.İbrahim deyib.

Qeyd edilir ki, hazırda Maldiv adalarında 88 hindistanlı hərbçi var.

Teqlər: