Rusiyalı cütlük aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qalib gəlib

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qarışıq cütlüklər (12-14 yaş) arasında Artyuom Xuruci və Yekaterina Şabailinadan ibarət Rusiya komandası qalib gəlib.

AzerTimes-ın məlumatına görə, rusyalılar 19.300 xal yığaraq qızıl medal qazanıb.

Gümüş medalı da Rusiya komandası (Aleksey Jolobov və Yeva Durımanova, 19.300 xal), bürünc medalı Portuqaliya komandası (Tiaqo Pineyro və Letisiya Oliveyra 18.650 xal) qazanıblar.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir. Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: