Rusiya komandası növbəti dəfə aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qrup hərəkətlərində qalib gəlib

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qruplar (15-17 yaş) arasında Rusiya komandası qalib gəlib.

AzerTimes-ın məlumatına görə, rusıyalılar 19.800 xal yığaraq qızıl medal qazanıb.

Gümüş medalla Macarıstan (19.675 xal), bürünc medalla isə Rumıniya komandası (19.500 xal) mükafatlandırılıb.


Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü başa çatıb.

Teqlər: