Rusiyadan Türkiyəyə “Mavi axın” boru xətti ilə təbii qaz nəqli
bərpa edilib.
Trend-in
məlumatına görə, bu barədə “Qazprom” şirkəti bildirib.
Qeyd olunur ki, “Mavi axın” boru xəttində aparılan planlı
işlərlə əlaqədar mayın 17-dən 30-dək Türkiyəyə qaz nəqli
dayandırılmışdı. Bu gündən etibarən nəql bərpa edilib.
Uzunluğu 1 200 kilometrdən çox olan “Mavi axın” qaz kəmərinin
buraxılış gücü illik 16 milyard kubmetrdir.
Ötən il ərzində həmin xətt vasitəsilə Rusiyadan Türkiyəyə 15,98
miyard kubmetr qaz nəql edilib.