Astaraçay üzərindəki yeni körpü ilə yükdaşıma artacaq – İranlı nazir müavini

Azərbaycan və İran arasında Astaraçay üzərində tikilməkdə olan
yeni körpü vasitəsi ilə İrana məxsus gündəlik 800 ədəd yük maşını
Qafqaz, Rusiya və Avropa istiqamətində hərəkət edəcək.

AzerTimes-ın məlumatına görə,
bunu İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini
Mehdi Səfəri bu gün (30 may) Tehranda “İran və Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı” Beynəlxalq Konfransı zamanı jurnalistlərə
açıqlamasında deyib.

M.Səfərinin sözlərinə görə, bu vasitə ilə də Qara dəniz – Fars
körfəzi dəhlizi aktivləşəcək. Bu dəhlizin illik potensialı təxminən
500 milyon tondur. İlk mərhələdə bu dəhlizlə ildə 20 milyon ton yük
daşına bilər.

Qeyd edək ki, Azərbaycan və İran arasında yeni körpünün təməli
bu il yanvarın 25-də qoyulub.

Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr
olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün
daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada
keçidinin yaradılması nəzərdə tutulur.

Teqlər: