Rusiyada yaşayış binasında partlayış – Xəsarət alanlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Moskva vilayətində yaşayış binasında qaz partlayış baş verib.

Trend-in məlumatına görə, Noginsk şəhərində qeydə alınan hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Onlardan 5 nəfərinin xəstəxanaya yerləşdiriildiyi bildirilib. Partlayış nəticəsində yaşayış binasını bir hissəsi dağılıb. Dağıntılar altında bir neçə nəfərin qaldığı ehtimal olunur.


Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.