Gənclərin inkişafı ilə bağlı planlarımızı açıqlayacağıq – Fərid Qayıbov (ÖZƏL)

Xəbər - Elçin Mehdiyev – Trend:

Gənclərin inkişafı, vətənpərvər ruhda yetişdirilməsi bundan sonra da nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olacaq və bununla bağlı planlarımızı açıqlayacağıq.

Bunu AzerTimes-a açıqlamasında yeni gənclər və idman naziri Fərid Qayıbov deyib.

F.Qayıbovun sözlərinə görə, məlumdur ki, 44 günlük Vətən müharibəsində qələbəmizdə vətənpərvər ruhda yetişdirilən gənclər böyük rol oynadı:

“Bu, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsi idi. Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət yetirilir.

Gənclərin inkişafı, vətənpərvər ruhda yetişdirilməsi bundan sonra da nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olacaq və bununla bağlı planlarımızı açıqlayacağıq”.

Teqlər: