Rusiyada son sutkada koronavirusdan 240 nəfər ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 11 095 nəfər koronavirusa
yoluxub.

Trend-in
məlumatına görə, 3 minə yaxın şəxs isə xəstəxanaya
yerləşdirilib.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 18,06 milyonu
ötüb.

Eyni zamanda, son sutkada 240 nəfər həyatını itirib. Bir gün
əvvəl ölənlərin sayı 261 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 373 267 nəfərə
çatıb.