Rusiyada metro vaqonu istehsalı çökdü

Rusiyada metro vaqonu istehsalı çökdü

Rusiyada yanvar-iyul aylarında metro vaqonlarının istehsalı 42 faiz azalıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu ilin 7 ayında Rusiyada cəmi 152 vaqon istehsal olunub. Aprel və iyul aylarında isə bir dənə də olsun vaqon istehsal edilməyib.

Komitə bildirir ki, ötən il 430 vaqon istehsal olunmuşdu.

Vaqon istehsalının azalmasına səbəb Rusiya əleyhinə olan sanksiyalar göstərilib. Bundan başqa bir sıra xarici texnoloji şirkətlərlə də əməkdaşlıq dayandırılıb. Məsələn, Tixvin vaqon istehsalı zavodu ABŞ-dan gətirilən podşipniklərin çatışmazlığı səbəbindən 2.5 ay dayanmışdı.

Teqlər: