Niyə Mirzoyan Rusiyaya, Papikyan ABŞ-a getdi?

Niyə Mirzoyan Rusiyaya, Papikyan ABŞ-a getdi?

Uzun müddətdir ki, Ermənistan və Rusiya arasında böhran var. İrəvanda siyasi elita artıq Rusiyanın Ermənistanı əvvəlki kimi müdafiə etməyə istəyi və bəlkə də imkanı olmadığını düşünür.

Bu sözləri AzerTimes-a Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya, müdafiə naziri Suren Papikyanın ABŞ-a səfəri haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, artıq İrəvan yeni və çox çətin geosiyasi seçim qarşısındadır:

“Ermənistan baş verən qlobal dəyişikliklərə görə özünə yeni geosiyasi mövqe seçməlidir. Yəni Rusiyadan Qərbə keçid dövrü artıq başlayıb. Bəhs etdiyimiz səfərlər də sözügedən istiqamətdə proseslərin sürətləndiyini göstərir. Eyni zamanda bu məsələ daxili və xarici siyasət baxımından Ermənistan üçün ən böyük sınaqlardan biridir”.

Teqlər: