Rusiyada koronavirusa bir gündə 25 mindən çox yoluxma qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa gündəlik yoluxma halları artmaqda davam edir.

Trend-in məlumatına görə, ötən gün ölkədə 25 219 yeni yoluxma qeydə alınıb. Bu, iyulun 16-dan sonra ən yüksək göstərici olub.


Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 7,56 milyon nəfəri ötüb, ölənlərin sayı isə 209 028 nəfərə çatıb.