Goranboyda iki minik avtomobili toqquşub

Xəbər - Humay Ağacanova – Trend:

Goranboy rayonunun Ağamalıoğlu kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub.

Fövqalədə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qəza nəticəsində avtomobillərdən birinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: