Rusiyada defoltun baş verməsi zaman məsələsidir – Avropa Komissiyasının rəhbəri

Qərbin sanksiyaları getdikcə daha çox Rusiya iqtisadiyyatına
zərbə vurur və defoltun baş verməsi zaman məsələsidir.

Trend xəbər verir ki, bunu “BILD am Sonntag” qəzetinə Avropa
Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

“Həftəbə həftə sanksiyalar Rusiya iqtisadiyyatına daha da çox
ziyan vurur: Rusiyaya malların ixracı 70 faiz azalıb. Yüzlərlə iri
şirkət və minlərlə mütəxəssis ölkəni tərk edib, Rusiyada ÜDM, cari
proqnozlara görə, 11 faiz azalacaq. Rusiyada dövlətin iflası zaman
məsələsidir”, – deyə U. fon der Lyayen deyib.