ABŞ-da atışma olub, ölənlər və yaralananlar var

ABŞ-ın Pittsburq şəhərində (Pensilvaniya ştatı) atışma baş
verib.

Trend “Reuters”ə istinadən xəbər verir ki, 200-ə yaxın insanın
böyük şənlik üçün toplaşdığı binada 50-yə yaxın atəş açılıb.

Məlumata əsasən, hadisə nəticəsində 2 nəfər həlak olub, 9 nəfər
isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İnsidentlə bağlı araşdırma aparılır.