Rusiyada daha 704 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 166 631 nəfər koronavirusa
yoluxub.

Trend-in
məlumatına görə, ölkədə üçüncü gün ard-arda gündəlik yoluxma
sayında azalma qeydə alınıb.

Əvvəlki gün 180 456 nəfərin yoluxması qeydə alınmışdı. Bu
günədək ölkədə koronavirusa yoluxanların sayı 14,48 milyonu
ötüb.


Eyni zamanda, son sutkada 704 nəfər həyatını itirib. Bir gün
əvvəl ölənlərin sayı 683 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 341 635 nəfərə
çatıb.