Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda böyrək transplantasiyası ilə bağlı növbələr var. Bu
onunla əlaqədardır ki, ölkədə az sayda xəstəxanalarda böyrək
köçürmə əməliyyatı keçirilir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin səhiyyə
komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən
iclasında deyib.

O qeyd edib ki, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən
bu cür xəstəxanaların sayının artırılması istiqamətində iş
aparılır.

“Bu sahədə mütəxəssis çatışmazlığı var idi. Lakin bir neçə qrup
həkim-mütəxəssislər transplantasiya prosedurunu tam mənimsəmək üçün
Türkiyəyə göndərilib”, – deyə o qeyd edib.

Teqlər: