Rusiyada daha 1192 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 40 735 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, 1 192 nəfər isə vəfat edib. Bir gün əvvəl 1 195 nəfər həyatını itirmişdi.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,71 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 244 447 nəfərə çatıb.


Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.