Azərbaycan enerji böhranı fonunda Avropada yeni alıcılarla danışıqlar aparır

Xəbər - Xaqan İsayev – Trend:

Dünyada yanacaq qiymətlərinin kəskin artmasından sonra Avropadan yeni potensial təbii qaz alıcıları Azərbaycana müraciət edib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının satın alınmasına Avropanın şərqində və cənubunda hökumətlər və şirkətlər maraq göstərib:

“Bu il qaz qiymətləri kəskin qalxdı, çünki Rusiyadan məhdud axın tədarüklə bağlı problemi dərinləşdirdi. Avropa qışa ən aşağı səviyyəli qaz ehtiyatları ilə daxil olur. Biz mövcud və potensial alıcılarla təmasdayıq. Gələcəkdə yeni alqı-satqı müqavilələrinin imzalanması ehtimalı yüksəkdir”.

Nazir bildirib ki, Azərbaycan 2020-ci ilin dekabrında “Şahdəniz” yatağından Avropaya qaz ixracına başlayıb:

“Bu il İtaliya, Yunanıstan və Bolqarıstana tədarük təxminən 6,5 milyard kubmetrə, 2022-ci ildə 10 milyard kubmetrə çatacaq. Bu, 2013-cü ildə imzalanmış müqavilələrə əsaslanan ixracdır”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: