Rusiyada bir gündə koronavirusdan 968 ölüm faktı qeydə alınıb

Rusiyada koronavirusdan sutka ərzində 968 nəfər həyatını itirib. Bununlada ölkədə koronavirusdan ölənlərin sayı 304 218 nəfərə çatıb.

Trend xəbər verir ki, son sutka ərzində təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 23 721 nəfər artaraq, cəmi 10 392 020 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 37 285 nəfər artaraq 9 259 771 nəfərə çatıb. Aktiv xəstələrin sayı 828 031-ə düşüb.