Hindistanda qida emalı fabrikində partlayış nəticəsində 6 nəfər ölüb

Hindistanın şərqindəki Bihar əyalətində qida emalı fabrikində partlayış nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Trend xəbər verir ki, hadisə Biharın paytaxtı Patna şəhərindən təxminən 71 km şimalda, Müzəffərpur rayonunda əriştə istehsal edən fabrikdə baş verib. İlkin ehtimala görə müəssisədə suqızdırıcı qazan partlayıb.


Hadisə yerində xilasetmə işləri davam edir və dağıntılar altında sağ qalanların və ya ölənlərin axtarışı üçün ağır texnika cəlb olunub.