Rusiyada bir gündə 800 nəfər koronavirusun qurbanı olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində koronavirusdan 799 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, ölkədə bu günədək ölənlərin sayı 185 min nəfəri ötüb.

Eyni zamanda, ölkədə ötən gün 18 856 yeni yoluxma qeydə alınıb.

Bu günədək ölkədə 6,97 milyondan çox şəxs koronavirusa yoluxub.

Xatırladaq ki, Rusiyada koronavirusdan ölüm hallarında ən yüksək göstərici avqustun 26-da qeydə alınmışdı. Həmin gün ölkə ərazisində 820 nəfər həyatını itirmişdi.