Rusiya XİN rəhbərinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edilib

Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni
vəzifədə, yəni Rusiya Federasiyası Xarici İşlər Nazirinin
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi
davam etdirəcək.

Trend xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova xatırladıb ki, fevralın 24-də Vaşinqton və Paris
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva
ilə bütün əlaqələri məhdudlaşdırıblar.

“Lakin Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda heç bir
fasiləyə imkan vermir. ABŞ və Fransa həmsədrlər arasında
əməkdaşlığı dayandırdığı üçün regionda uzunmüddətli sülh və
sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur.

Bununla əlaqədar xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz
işini yeni vəzifədə, yəni Rusiya Federasiyası Xarici İşlər
Nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi
nümayəndəsi kimi davam etdirəcək. Onun diqqət mərkəzində sözügedən
sülh müqaviləsinin hazırlanması məsələsi olacaq. Biz Bakı və
Yerevandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan İ.A.Xovayevin
səylərinin dəstəyinə ümid edirik. Digər maraqlı oyunçularla
konstruktiv qarşılıqlı əlaqə üçün açıqdır”, – deyə M.Zaxarova
bildirib.

Teqlər: