Hafiz Məmmədov barəsində seçilmiş qətimkan tədbiri dəyişdirildi

Vergidən yayınmaqda təqsirləndirilən iş adamı, “Bakı” futbol
klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində seçilmiş ev
dustaqlığı qətimkan tədbiri dəyişdirilib.

AzerTimes-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti Hafiz Məmmədovun hazırki maddi vəziyyəti ilə bağlı
loyal münasibət göstərərək məhkəmə tərəfindən seçilmiş qətimkan
tədbiri müddətinin uzadılmasını istəməyib.

Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa
yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş
İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki
rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli
miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının
ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.
Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində
həbs-qətimkan tədbiri seçilsə də sonradan borcun müəyyən hissəsi
ödənildiyi üçün o, ev dustaqlığına buraxılıb.

Teqlər: