Rusiya XİN-dən separatçı qurumla bağlı xəbərdarlıq

Rusiya XİN-dən separatçı qurumla bağlı xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi ruslara Abxaziyada təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, XİN Abxaziya ədliyyəsinin cinayətkarlara qarşı kəskin mövqe nümayiş etdirmədiyini bildirib.

“Aydındır ki, bu, hər il Abxaziya kurortlarına gələn çox sayda xarici qonağın təhlükəsizliyi üçün risklər yaradır və biz bu barədə soydaşlarımızı xəbərdar etmək məcburiyyətindəyik”, – XİN-dən qeyd edilib.

Xatırladaq ki, 2019-cu il fevralın 2-də rusiyalı turistə qarşı ağır cinayət törətmiş Abxaziya sakini E.Q.Abuxba respublikanın Ali Məhkəməsinin qərarı ilə cəzası yüngülləşdirildikdən sonra azadlığa buraxılıb.

Teqlər: