Dağıstanda müəmma: İdmançı qız 6 gündür tapılmır

Dağıstanda müəmma: İdmançı qız 6 gündür tapılmır

Dağıstanda itkin düşmüş 22 yaşlı boksçu Anna Comartovanın axtarışları 6 gündür ki, heç bir nəticə verməyib.

AzerTimes xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, qızın axtarışlarına Dağıstan FHN əməkdaşları, könüllülər, dostları və Osetiyadan olan həmkarları da qoşulub. Aviasiya və katerlər vasitəsilə axtarışlar davam edir.

Qeyd edək ki, 22 yaşlı tələbə bir müddət əvvəl Kaspiysk şəhərinə tay boksu yarışı üçün gəlib. Burada 10 ildə ilk dəfə uduzan xanım idmançı məğlubiyyətinə görə sarsıntı keçirib. O, telefonunu da evdə qoyaraq yoxa çıxıb.

Sonuncu dəfə onun dəniz sahilində göründüyü bildirilir.

Teqlər: