Rusiya və Türkiyənin müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə
Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon
danışığı olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə
Nazirliyindən jurnalistlərə bildiriblər.

“Danışıqlar zamanı Ukraynadakı vəziyyət, eləcə də iki ölkə
arasında Müdafiə Nazirlikləri xətti ilə əməkdaşlığın digər aktual
məsələləri müzakirə edilib”, – deyə Nazirlikdən bildirilib.