Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 9-u axşamdan 10-u
səhərədək arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə
intensiv olacağı ehtimalı var. 10-dan 11-i səhərədək şimal-qərb
küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki,
Azərbaycanın rayonlarında martın 9-da günün ikinci yarısı şimal və
qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində hava
şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi
rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi
ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda
sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu ötən
günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Qeyd edək ki, ikinci ongünlükdə ölkə ərazisində birinci
ongünlüyə nisbətən hava şəraitinin qeyri-sabit, fasilələrlə
yağıntılı olacağı, temperatur rejiminin aşağı olacağı
gözlənilir.

Teqlər: