Rusiya və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyənin milli
müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub.

Tred xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən
bildiriblər.

“Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il mayın 2-də Rusiya
Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə
Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında
telefon danışığı olub. Danışıqlar zamanı Ukraynadakı mövcud
vəziyyət, o cümlədən humanitar məsələlər müzakirə olunub”, – deyə
Nazirlikdən bildirilib.