Qubada ata oğlunu qətlə yetirib

Mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il
təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Prokurorluqdan AzerTimes-a bildirilib ki, aparılmış araşdırmalarla
zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi
münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf
Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: