Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını artıracaq

OPEC Katibliyi neft hasilatının 400 min barel/sutka səviyyəsində
artırılması qərarını aprel ayı üçün qüvvədə qalması qərarını təsdiq
edib.

Trend-in
məlumatına görə, bu qərar OPEC+un bügünkü monitorinq və nazirlər
komitəsinin iclaslarında qəbul edilib.

Qeyd olunur ki, bu həcmin yarısı Rusiya və Səudiyyə
Ərəbistanının payına düşəcək.


Qərara əsasən, hər iki ölkə neft hasilatını 105 min barel/sutka
artıraraq 10,436 milyon barel/sutkayadək çatdıracaq.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul
ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam
neft hasilatının hər ay 400 min barrel artırılmasına qərar
verilmişdi.