Rusiya və Fransa XİN rəhbərləri arasında telefon danışığı olacaq

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın
xarici işlər naziri Jan-İv Le Drian arasında telefon danışığı
olacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a Rusiya XİN-in rəsmi
nümayəndəsi Mariya Zaxarova deyib.


“Razılaşmaların həyata keçirilməsi məqsədilə Sergey Lavrov
fevralın 20-si fransalı həmkarı ilə telefon danışığına hazır idi.
Jan-İv Le Drian fevralın 20-si bunu edə bilmədi. Müvafiq olaraq,
telefon danışığı bazar ertəsinə təyin edilib”, – deyə M.Zaxarova
bilidirib.