Türkiyə ordusu İraqın şimalında 2 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Metina
rayonunda 2 PKK terrorçusunu zərərsizləşdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə
Nazirliyindən bildiriblər.


Məlumata əsasən, terrorçulara qarşı əməliyyat Türkiyə Hərbi Hava
Qüvvələrinin hava dəstəyi ilə keçirilib.