Rusiya və Belarus milli komandaları dünya çempionatından kənarlaşdırıldı

Beynəlxalq Hokkey Federasiyası (IIHF) Rusiya Belarus milli
komandalarını 2023-cü il dünya çempionatında iştirakdan
kənarlaşdırıb.

Trend-in
məlumatına görə, bu barədə federasiyanın mətbuat xidməti
bildirib.

Qeyd edək ki, hər iki ölkə bu ilki dünya çempionatından
kənarlaşdırılıb.

2023-cü il dünya çempionatının Rusiyada keçirilməsi nəzərdə
tutulsa da, bu qərar da ləğv edilib.

Yeni qərara əsasən, gələn il turnir Latviya və Finlandiyada
keçiriləcək.

Teqlər: