Rusiya UNESCO-nun Azərbaycana və Ermənistana ən qısa zamanda missiyasının təşkilinin tərəfdarıdır – Zaxarova

Rusiya UNESCO-nun Azərbaycana və Ermənistana mümkün qədər tez missiyasının təşkilinin tərəfdarıdır.

AzerTimes-ın məlumatına görə, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

“Bakı və İrəvanla müntəzəm təmaslarımız zamanı mədəni-tarixi irsin qorunması mövzusu müzakirə olunur. Biz UNESCO-nun regiona missiyasının ən qısa zamanda təşkil edilməsinin tərəfdarıyıq. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə də işləyirik”, – deyə o bildirib.

Teqlər: