Rusiya Azərbaycanın 8 erməni hərbçinin Ermənistana təhvil verilməsini alqışlayır – XİN

Xəbər - Ləman Zeynalova – Trend:

Rusiya Azərbaycanın 8 erməni hərbçinin Ermənistana təhvil verməsini alqışlayır.

AzerTimes-ın məlumatına görə, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

“Bu problemi mümkün qədər tez aradan qaldırmaq vacibdir. Təbii ki, biz münaqişə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün paralel səylər göstərməyi vacib hesab edirik. Buna həm milli imkanlarımız, həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi töhfə verəcəyik”, – deyə o qeyd edib.

Teqlər: