Rusiya Ukraynaya genişmiqyaslı raket zərbəsi endirdi

Rusiya Ukraynaya genişmiqyaslı raket zərbəsi endirdi

Rusiya qoşunları Ukrayna ərazilərinə irimiqyaslı raket zərbəsi endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Kiyevin meri Vitali Kliçko bildirib ki, ölkə paytaxtında hava hücumundan müdafiə sistemləri işə düşüb və şəhərdə bir neçə partlayış səsi eşidilib:

“Raketin qalıqlarının düşməsi nəticəsində iki nəfər xəsarət alıb, iki yüksək gərginlikli xətt və istilik magistralı sıradan çıxıb, Dnepr çayının sol sahilində bəzi istehlakçılar işıqsız qalıb”.

Hücum zamanı Xarkovda da partlayış səsləri eşidilib. Xarkovun hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, zərbələr şəhərin Slobodski rayonunda qeydə alınıb, qeyri-yaşayış infrastrukturu zədələnib. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Qeyd edək ki, Qoloseyevski rayonu, Nikolayev və Lvov vilayətində də partlayış səsləri eşidilib.

Teqlər: