714-cü gün: Rusiyanın itkiləri açıqlandı

714-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 714-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 391 470 hərbçi, 6 372 ədəd tank, 11 879 ədəd zirehli döyüş maşını, 9 387 ədəd artilleriya sistemi, 980 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 665 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 486 ədəd avtomobil texnikası, 7 177 ədəd PUA, 1 849 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 497 xüsusi avadanlıq itirib.

Teqlər: