Rusiya Ukraynanın iki dronunu məhv etdi

Rusiya Ukraynanın iki dronunu məhv etdi

Rusiya sərhədçiləri Ukraynaya məxsus iki kamikadze dronunu məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt deyib.

O, dronların Sudja rayonu ərazisində, birbaşa sərhəd xəttində vurulduğunu bildirib.

Hər iki dron yerə düşərək partlayıb, qəlpələr yaxınlıqdakı ekskavatoru zədələyib.

Teqlər: