Qriqoryan Kolomina ilə Qarabağı müzakirə etdi

Qriqoryan Kolomina ilə Qarabağı müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə regiondakı vəziyyəti müzakirə edib.

AzerTimes xəbər verir ki, Qriqoryan bu barədə sosial media hesabında yazıb.

O, Brüsseldə NATO rəsmisi ilə iş nahar etdiyini bildirib.

Tərəflər Qarabağdakı vəziyyəti, Azərbaycan-Ermənistan danışıqları ətrafında baş verən son hadisələri müzakirə ediblər.

Teqlər: