Rusiya Ukraynanı “terrorçu dövlət” kimi “tanımaq” istəyir

Rusiya Ukraynanı “terrorçu dövlət” kimi “tanımaq” istəyir

“Ədalətli Rusiya” Ukraynanın terrorçu dövlət kimi tanınması üçün qanun layihəsi hazırlayıb.

AzerTimes xəbər verir ki, bu barədə partiyanın lideri Sergey Mironov Teleqram kanalında məlumat verib.

“Dünən fraksiya deputatları ilə birlikdə Ukraynanın terrorçu dövlət kimi tanınması üçün çox əhəmiyyətli qanun layihəsi təqdim etdik”, – Mironov söyləyib.

Onun sözlərinə görə, bu gün Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası, “dxr”, “lxr” ilə sərhədyanı ərazilərdə “terror aktları”nın əlamətlərini özündə əks etdirən hərəkətlər həyata keçirir.

Qeyd edək ki, Ukraynaya girən Rusiya ordusudur və müharibə də Ukrayna torpaqlarında gedir, “lxr” və “dxr” isə kvazitövlətlərdir, separatçı qurumlardır.

Teqlər: