Azərbaycan həqiqətlərini dünyaya çatdıran fotoqraf – Rza Deqati

Azərbaycan həqiqətlərini dünyaya çatdıran fotoqraf – Rza Deqati

Bu gün Azərbaycan əsilli məşhur fransız fotoqraf Rza Deqatinin 70 yaşı tamam olur.

AzerTimes fotoqraf haqqında maraqlı məlumatları təqdim edir:

– Rza Deqati 1952-ci il iyulun 26-ı Təbrizdə doğulub.

– Həvəskar fotoqraf kimi 14 yaşında fəaliyyətə başlayan Rzanın ilk şəkilləri məktəb jurnalında yayımlanıb.

– 22 yaşında şah rejimi tərəfindən fəaliyyətinə görə 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalıb. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq peşəkar fotoqraflığa İran İnqilabını çəkməklə başlayıb.

– 1981-ci ildə İranda ona qarşı təzyiqlərə dözməyib Fransaya köçüb.

– Azərbaycana ilk səfəri 1987-ci ildə olub. O, XX əsrin sonunda Azərbaycanın başına gələn müsibətləri – 20 Yanvar hadisələrini, Xocalı soyqırımını, Birinci Qarabağ müharibəsini, həmçinin, İkinci Qarabağ müharibəsindəki bir çox anları qeydə alaraq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb.

– Rza Deqati indiyə qədər dünyanın 115 ölkəsinə səyahət edərək 1 milyondan çox foto ərsəyə gətirib.

– Prezident İlham Əliyev tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı çoxillik səmərəli fəaliyyətinə görə o, 2022-ci ildə “Dostluq” ordeni ilə təltif edilib.

Teqlər: