Rusiya, Ukrayna, Türkiyə və BMT arasında iclas keçiriləcək – Mövlud Çavuşoğlu

Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar
məsələlər üzrə təmas qrupunun iclası keçiriləcək.

Trend “TRT Haber”ə istinadən bildirir ki, bunu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlu qeyd edib ki, BMT Baş katibinin təklif etdiyi
humanitar məsələlər üzrə BMT, Türkiyə, Rusiya və Ukraynadan ibarət
təmas qrupu var.

“Yaxın günlərdə texniki səviyyədə görüş keçirilməsi
planlaşdırılır”, – deyə nazir əlavə edib.

Teqlər: