Litva Prezidenti Gitanas Nausedanın rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Litva
Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi
qarşılanma mərasimi olub.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı meydanda Litva Respublikasının Prezidentinin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva
Respublikasının Prezidenti Gitanas Nausedanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Litva Respublikasının
Prezidentinə raport verdi.

Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Gitanas Nauseda fəxri
qarovul dəstəsinin qarşısından keçdilər.

Litva Respublikasının və Azərbaycan Respublikasının Dövlət
himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan
Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın
qarşısından keçdi.

Azərbaycan nümayəndə heyəti Litva Prezidentinə, Litva nümayəndə
heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Teqlər: