Rusiya-Ukrayna məsələsi ilə bağlı Avropa İttifaqı və Qərb
təssüfki ciddi bir mövqe göstərmədi, onların hamsı Ukraynaya
bol-bol məsləhətlər verirlər, amma o məsləhətlərlə bir nəticə əldə
etmək mümkün deyil.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Hər hansı addım atılmayıb. Bu günkü NATO zirvə görüşündə bu
məsələlər müzakirə olunacaq. Qərb Ukrayna məsələsində bol-bol
məsləhətlər verməkdə davam edir. İnanıram ki, bugünki NATO
zirvəsində daha qərarlı bir mövqe ortaya qoyulcaq”, – deyə
R.T.Ərdoğan əlavə edib.