Dini qurumlar ianələri plastik kartla qəbul edə biləcəklər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik
kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə
biləcəklər.

AzerTimes-ın
məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı
haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə,
habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron
ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə
biləcəklər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.

Teqlər: