Ukrayna öz vətəndaşlarının Azərbaycandan qayıtması üçün variantlar üzərində işləyir – Səfir

Ukrayna öz vətəndaşlarının Azərbaycandan qayıtması üçün
variantlar üzərində işləyir.

Trend-in
məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav
Kanevski mətbuat konfransında deyib.

“Bu məsələ ilə səfirliyin konsulluq şöbəsi də fəal məşğul olur.
Əsas problem ondadır ki, hava məkanı bağlı olduğu üçün
aviaşirkətlər vətəndaşları qəbul edə bilmir. Bu cür problem
Gürcüstan, Qara dəniz üzərindən də mövcuddur. Müəyyən marşrutlar,
variantlar var, biz indi onların üzərində işləyirik. Bu, kompleks
məsələdir. Bizim ümumi sərhədimiz yoxdur. Amma alternativ
marşrutlar üzərində işləyirik”, – deyə səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: