Rusiya-Ukrayna gərginliyinin həll olunması hamımızın ortaq arzusudur – Hulusi Akar

Xəbər - Humay Ağacanova – Trend:

Rusiya-Ukrayna gərginliyində dialoqu davam etdirmək və
diplomatiya yolu ilə nəticə əldə etmək hamımızın ortaq arzusudur.
Biz təzyiqi aşağı salmaq üçün üzərimizə düşəni edirik.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli
müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından
sonra yerli jurnalistlərə açıqlamasında deyib.

H.Akar qeyd edib ki, Türkiyənin Rusiya-Ukrayna böhranına
münasibəti ilk gündən bəri açıq və konkretdir.


“Mövqeyimiz ən yuxarı səviyyələrdə-Prezident və nazirlər
səviyyəsində həmişə dilə gətirilib. Regiondakı gərginliyin
soyuqqanlı həllinin tərəfdarıyıq. Bu mənada Qara dəniz sahili
ölkələrinin hüzur və rifah içində yaşamasını istəyirik”, – deyə o
qeyd edib.